Oktyabrın 27-də saat 14:30-da Sea Breeze Walk of Fame-də Azərbaycanın görkəmli xalq yazıçısı Maqsud İbrahimbəyovun ulduzunun təntənəli açılış mərasimi keçiriləcək. Bu əlamətdar hadisədə onun həyat yoldaşı Anna İbrahimbəyovanın iştirakı bu ana xüsusi şəxsi əhəmiyyət və həyəcan qatır.
Maqsud İbrahimbəyov təkcə bir ad deyil, həm də Azərbaycan ədəbiyyatının simvoludur. Onun yaradıcılığı dramaturgiya və ssenari ustalığı da daxil olmaqla bir çox janrları əhatə edir. İbrahimbəyovun kitabları bir çox dillərə tərcümə edilib və müxtəlif ölkələrdə nəşr olunub ki, bu da onun ədəbiyyata qlobal təsirindən xəbər verir. 2012-ci ildə yazıçı ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib ki, bu da onun söz sənətinə verdiyi unikal töhfəni bir daha vurğulayır. Onun ən məşhur əsərləri arasında “Ondan yaxşı qardaş yox idi“, “Truskavetsə kim gedəcək” və “Bütün yaxşılıqlara – ölüm” var. Bu əsərlər oxucuların qəlbində parlaq iz buraxıb və bir çox nəsillərə ilham verib.
Ulduzun açılış mərasimi möhtəşəm The Grand apart-otelinin fonunda keçiriləcək, burada siz bayram ab-havasından zövq ala və böyük yazıçıya ehtiramınızı bildirə bilərsiniz. Tədbir ödənişsizdir və biz hamını bu əlamətdar hadisəyə qoşulmağa dəvət edirik.
Sea Breeze Walk of Fame – The Grand apart-otelinin yaxınlığında yerləşən Azərbaycanın ilk ulduzlar xiyabanıdır. O, dünyanın hər yerindən olan görkəmli artistlərə, musiqiçilərə, aktyorlara, yazıçılara və rəssamlara həsr olunmuş əsl görməli yerə çevrilib. Hazırda layihədə artıq Müslüm Maqomayev, Tamara Sinyavskaya, Engelbert Hamperding, Devid Foster, Nikol Şerzinger və bir çox başqaları daxil olmaqla 23 mədəniyyət xadiminin adlı ulduzu var.
Maqsud İbrahimbəyovun görkəmli nailiyyətlərini qeyd etmək və ilham və yaradıcılıq ab-havasından zövq almaq üçün oktyabrın 27-də bizə qoşulun!