Oktyabrın 18-də Sea Breeze-də perspektivli investisiyalarla maraqlanan çoxsaylı qonaqların diqqətini cəlb edən maraqlı “İnvestisiya səyahəti” keçirildi. Tədbir iştirakçıları möhtəşəm kurort şəhəri ilə tanış olmaq və Xəzər sahilindəki əfsanəvi layihə çərçivəsində onun investisiya potensialını öyrənmək üçün unikal fürsət əldə etdilər.
Görüşdə Sea Breeze-in spikerleri şəhərin konsepsiyasını bölüşdülər və onun investorlar üçün cəlbediciliyini vurğuladılar. Onlar dünyanın hər yerindən insanları cəlb edən əlamətdar hadisələrin necə yaradıldığını və Sea Breeze-in xarici və yerli investorlar üçün necə cəlbedici mərkəzə çevrildiyini izah etdilər. Yüksək nəticələr göstərən Sea Breeze Booking icarə biznesinə və “gələcəyin şəhəri” konsepsiyasının fəal şəkildə həyata keçirildiyi ərazinin inkişaf perspektivlərinə xüsusi diqqət yetirildi.
Məzmunlu təqdimatdan sonra qonaqlar Sea Breeze ərazisinə ekskursiyaya dəvət olundular. Burada onlar hazır və tikilməkdə olan daşınmaz əmlak obyektlərinə baxa, şəhərin müasir infrastrukturu ilə tanış ola və layihənin unikallığını və çoxfunksiyalılığını nümayiş etdirən incəsənət mərkəzi və məktəbə baş çəkə bildilər.
Günün sonunda The Grand satış ofisində 20 metr uzunluğunda nəhəng şəhər maketi təqdim olunan investisiya təqdimatı keçirildi. Qonaqlara layihə, onun konsepsiyası və əsas xüsusiyyətləri haqqında ətraflı məlumat verildi, həmçinin investisiya imkanları və Sea Breeze-in gələcəyi ilə bağlı bütün suallar cavablandırıldı. Bu tədbir investorlar və layihə nümayəndələri arasında əlaqələrin qurulması və ideya mübadiləsi üçün əla platforma oldu və bütün iştirakçılar üçün yeni üfüqlər açdı!